Tehranda keçirilən kitab sərgisində türk kitabları povilyonu panfarsistlərin hücumuna məruz qalıb, soydaşlarımız döyülərək təhqir olunub

Tehranda keçirilən kitab sərgisində türk kitabları povilyonu panfarsistlərin hücumuna məruz qalıb, soydaşlarımız döyülərək təhqir olunub

GünAz TV: Mayın 7-də Tehranda keçirilən kitab sərgisində “Azər türk” nəşriyyatının povilyonu panfarsistlərin hücumuna məruz qalıb.

 

Məlumata görə, türk kitabları povilyonuna hücum edən parfarsistlər “türk” sözünün üstünə xətt çəkib, Azərbaycan türk millətinin ünvanına ağır soyuşlər yağdırıblar. İrqçilərin bir neçəsi daha irəli gedərək  povilyonla əlaqədar olan insanlara yumruq da atıblar.

 

Bütün bu hadisələr polis əməkdaşlarının gözü qarşısında baş verib, lakin onlar hücumçulara qarşı heç bir reaksiya göstərməyib.

 

Türklərə hücum edən Höccət Kaleşi adlı panfarsist İnstaqram səhifəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

“Kitabların məzmunundan asılı olmayaraq “Azər türk” sözünün yazılma tərzi milli çıxarlarımızın əleyhinədir. İrşad və Mədəniyət Nazirliyindən nəşriyyatın belə bir adla fəaliyyət göstərməsinə icazə verdiyi üçün şikayət edəcəyik”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

İrqçilər türk kitabları povilyonunun qarşısına toplaşaraq “siz azərisiniz, türk deyilsiniz” deyə qışqırıq salıblar.

 

Hadisəni yaxından izləyən azərbaycanlı şair və yazıçı Səid Muğanlı öz müşahidələrini sosial şəbəkələrdə paylaşıb.

 

 

“Dünən çox qəribə gün idi. Kitab sərgisi kitabsevərlərlə dolu olduğu bir vaxtda, təbrizli nəşriyyatçı öz povilyonunda ustad Şəhriyarı sevən bir şəxsə onun şeirini oxuyub və fars dilinə tərcümə edirdi. Bu arada bir neçə gözəl geyimli quldur panfarsist sərgiyə daxil olaraq Azərbaycan povilyonlarının toplanılmasını tələb etdilər. Təbrizli nəşriyyatçı “buyurun Təbriz şokolatı yeyin” deyincə, ona gözləmədiyi cavab verildi. Şokolatları vurub dağıdan quldurlar dedilər ki, sizlər türk deyilsiniz, azərisiniz. Bizim bunun üçün Kəsrəvi, Murtəzəvi, Mənsuri və s. kimi yazıçıların əsərləri kimi sənədlərimiz var.

 

Bu arada kitab almaqda olan meşginşəhrli (Xiyav) bir öyrənci dedi ki, eybi yoxdur, gedib şəxsiyyət vəsiqəmizi dəyişib, ata-anamızı isə zorla fars edərik. Bundan sonra azərbaycanlı nəşriyyatçı və onun həmkarlarına qarşı yumruqlar havaya qalxdı. Meşginşəhrli öyrənci yumruq təbrizli nəşriyyatçıya dəyməsin deyə özünü qabağa atdı. Yumruq onun sinəsinə elə dəydi ki, əlindəki bütün kitablar yerə düşdü. O, türk kitabları pavilyonu fəaliyyətini davam etsin deyə özünü yumruğun qabağına verdi.

 

Bundan sonra polis qüvvələri hadisə yerinə gəldi. Hücumçular söyüşlər yağdıraraq bildirdilər ki, İranda türk yoxdur. Bunlar bu işləri ilə toplumun təhlükəsizliyini təhdid edir. Əgər yuxarıdan əmr gəlsə, bunların hamısını məhv edib, yandırarıq. Ağır söyüşlər dilə gətirən hücumçulardan biri pavilyonun lövhəsinə yazılmış türk sözünün üstünə xətt çəkdi. Baş verənləri yaxından izləyən polis qüvvələri hərhansı reaksiya vermədilər. Onlar bildirdilər ki, biz müdaxilə edə bilmərik, etirazınız varsa şikayət edə bilərsiniz. Hücumçular bu bəs deyilmiş kimi, sərgidə iştirak edən bütün azərbaycanlı nəşriyyatçılardan sərginin keçirildiyi məkanda yerləşən idarəyə şikayət etdilər”- deyə o yazdığı məlumatın bir hissəsində qeyd edib.

 

İranda türklərin mədəniyyət sahəsində atdıqları istənilən addım qadağa, hücum, təzyiq və təqiblərlə üzləşir. Fevral ayında Qum şəhərində keçirilən kitab sərgisində də oxşar hadisə baş vermişdir. “Savalan İgidləri Nəşriyyatı”nın sərgidə iştirak etməsinə mane olan irqçilər “Belə işləri unudun, siz türklər nəfəs çəkirsinizsə, yetər...” deyə bildirmişdilər.

 

 

 

 N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN