Tehranda türk dilində kitab çap edən nəşr evinin qapısı möhürlənib

Tehranda türk dilində kitab çap edən nəşr evinin qapısı möhürlənib

GünAz TV: İran paytaxtı Tehranda türk dilində kitablar çap məşhur “Əndişe-yi No” Nəşr Evinin fəaliyyətinə qadağa qoyulub.

 

Məhkəmə sistemi qapısı möhürlənən nəşr evini qanunsuz kitablar çap etmək və satmaqda günahlandırıb.

 

Nəşriyyat isə bütün kitabları İslami İrşad və Mədəniyyət Nazirliyinin verdiyi icazə əsasında çap etdiyini bildirir.

 

“Əndişe-yi No” Nəşr Evinin müdiri Yusif Fərzanə 40 ildir ki, bu işdə fəaliyyət göstərir, o nəşriyyata aid bütün qanunlarla tanışdır.

 

Yusif Fərzanə mədəni fəaliyyəti ilə əlaqədar bir müddət Evin zindanında saxlanılıb. Dindirilmə zamanı ona bildirilib ki, 800 cilddən çox türkcə kitab, eləcə də kompüterlərinin hard diskləri, sənəd və əlyazmaların götürülüb və müsadirə edilməsi barədə heç bir yerdə danışmasın.

“Əndişe-yi No” Nəşr Evinin müdiri Evin zindanından zaminə buraxılsa da, ona qarşı psixoloji təzyiqlər səngiməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN