Tehranın millət vəkili qeyri-fars dillərinə qarşı irqçi açıqlama verən naziri müdafiə edib

Tehranın millət vəkili qeyri-fars dillərinə qarşı irqçi açıqlama verən naziri müdafiə edib

GünAz TV: Tehranın İran parlamentindəki millət vəkili Mustafa Kəvakebyan çərşənbə günü parlamentdə təhsil nazirinə şifahi xəbərdarlıq edərək nazirin sözləri ilə bağlı qövmlər arasında anlaşılmazlıq yarandığını bildirib.

 

Sözdə islahatçı kimi tanınan millət vəkili qeyd edib ki, “konstitusiyaya görə ortaq əlifba və dil, fars dilidir. Bütün sənəd və dərsliklər də bu dildə olmalıdır. Lakin yerli dillərdən məsələn, kütləvi informasiya vasitələrində istifadə etmək olar. Ona görə də nazirin dərslərin farsca keçirilməsinə dair sözləri doğrudur.”

 

M.Kəvakebyan əlavə edib ki, “məktəblərdə yerli dillərin tədris olunması, insanların türk, kürd və lor dilində danışması heç bir problem yaratmır.”

 

Mustafa Kəvakebyan

 

Tehranın millət vəkilinin təhsil nazirinin irqçi çıxışına qarşı etirazları anlaşılmazlıq adlandırması xüsusi diqqət çəkir.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN