Təhsil nazirinin qeyri-fars millətlərinə qarşı çıxışının VİDEOSU

Təhsil nazirinin qeyri-fars millətlərinə qarşı çıxışının VİDEOSU

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə İranın təhsil naziri Məhəmməd Bəthayi ölkədə qeyri-fars dillərinin məktəblərdə tədris edilməsinə qarşı çıxaraq onun təmami ilə qadağan olduğunu elan etmişdir. Artıq nazirin çıxışının videosu da yayılıb.

 

M.Bəthayi bu barədə iyulun 14-də Təhsil Nazirliyi rəsmilərinin keçirdiyi iclasda çıxış edib.

 

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər”- deyə o bildirib.

 

Məhəmməd Bəthayi həmçinin əlavə edib ki, “ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimizdir. İkidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birlik rəmzi kimi bütün məktəblərdə istifadə olunmalıdır.”

 

Təhsil nazirinin bu çıxışı azərbaycanlıların, bir sıra yerli məsullar, o cümlədən bir neçə millət vəkilinin kəskin etirazına səbəb olub.

 

Video:

https://www.youtube.com/watch?time_continue=10&v=cBXc-LaIwso

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN