Tibbi bacıları bir ildir maaş ala bilmir – Qərbi Azərbaycan Əyalətində

Tibbi bacıları bir ildir maaş ala bilmir – Qərbi Azərbaycan Əyalətində

GünAz TV: Qərbi Azərbaycan Əyalətində bir çox tibb bacısı təxminən 1 ildir maaş ala bilmir.

 

Bu barədə “İlna” xəbər agentliyi tibb bacılarına istinadən məlumat yayıb.

 

“Tibb bacılarının maaşının ödənilmədiyi günün ildönümünə yaxınlaşırıq. Bu müddətdə maaş, əlavə iş, geyim, ezamiyyət haqqı və s. kimi tələblərimiz təmin olunmayıb. Bu məsələ Qərbi Azərbaycanın tibb bacıları camiəsinin kəskin etirazına səbəb olub. Səhiyyə Nazirliyi bu istiqamətdə lazımi tədbirləri almalıdır.”- deyə tibbi bacıları bildirib.

 

Onların sözlərinə görə, son bir ildə İran pulunun dəyər itirməsi maaşını ala bilməyən işçilər üçün əlavə problemə çevrilib.

 

“Maaşların bir il gecikməsi hər kəsin həyatına və nəzərdə tutduğu işlərə mənfi təsir göstərib. Maaşlar vaxtında ödənilsəydi, o zaman rialın dəyəri də günümüzlə müqayisədə daha yüksək olardı.

Hər kəs kimi, tibbi bacılarının da maaşlarına uyğun planları olub. Lakin əmək haqlarının vaxtı-vaxtında ödənilməməsi bir çox problemlərə yol açıb.”- deyə maaşı gecikən tibb bacıları vurğulayıb.

 

Xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycanın tibb bacıları Səhiyyə Nazirliyinə müraciət edərək gecikən maaşlarının təcili olaraq ödənilməsini tələb ediblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN