Tikantəpədə tarixi körpü çöküb – GÖRÜNTÜ

Tikantəpədə tarixi körpü çöküb – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycan bütün Əyalətlərində bir çox tarixi əsər tədricən təxrib olaraq sıradan çıxmaqdadır.

 

Bu dəfə Tikantəpənin tarixi Saruq (Savruq) körpüsünün bir hissəsi baxınsızlıqdan çöküb.

 

Səfəvilər dövrünə aid olan körpü çərşənbə günü, mayın 22-də təxrib olub.

 

Məlumata görə, 500 illik tarixi əsər 8 il əvvəl təmir olunub, lakin yol verilən xəyanət və yeyinti səbəbindən çay dərinləşdirilməyib və körpünün təmir-bərpa işləri düzgün həyata keçirilməyib. Bunun nəticəsində körpü qısa müddət sonra çöküb.

 

Bundan əvvəl Tikantəpə Mədəni İrs Təşkilatının rəisi Əmir Mətlubi tarixi körpünün çökməməsi üçün Saruq çayının dərinləşdirilməsi ilə bağlı xəbərdarlıq etmişdir. “İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Əmir Mətlubi bu barədə aprel ayında Tikantəpədə keçirilən bir tədbirdə danışıb. O bildirib ki, tarixi körpünün qorunub saxlanması üçün Yol və Su Qaynaqları İdarəsi Saruq çayını dərinləşdirib və körpü ətrafını ağac və çalılardan təmizləməlidir.

 

Tikantəpə və “Sayın qala” şəhərləri arasında yerləşən Saruq körpüsü hicri-şəmsi təqvimi ilə 1381-ci ildə (hazırda İranda 1398-ci ildir) İranın milli əsərlər siyahısına daxil edilib. Lakin Səfəvilər dövrünə aid olan körpü Güney Azərbaycanın digər tarixi əsərləri kimi baxımsızlıqdan sıradan çıxmaq üzrədir.

 

Köröü çökmədən əvvəl

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN