Tramp: “Kim Çen Inla görüş möhtəşəm olacaq”

Tramp: “Kim Çen Inla görüş möhtəşəm olacaq”

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşün təşkilinə görə Çinə təşəkkürünü bildirib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, D.Tramp planlaşdırılan görüşlə bağlı gözləntilərini bölüşüb.

 

“Düşünürəm ki, Kim Çen Inla planlaşdırılan görüş möhtəşəm olacaq. Fikrimcə, görüş qarşılıqlı hörmət, səmimi şəraitdə keçəcək. Baxarıq, bu nə verəcək...”, - deyə D.Tramp qeyd edib.       

 

ABŞ prezidenti Çinin görüşün təşkilinə böyük dəstək verdiyini qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN