“Traxtur” 3:0 hesabı ilə rəqibini məğlub etdi, stadionda milli şüarlar səsləndirildi – VİDEO

“Traxtur” 3:0 hesabı ilə rəqibini məğlub etdi, stadionda milli şüarlar səsləndirildi – VİDEO

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu çərşənbə günü “Məscid Süleyman”ın “Neft” komandasını səhənd stadionunda qəbul edib, oyun böyük fərqlə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Super liqa yarışlarının 16-cı həftəsində keçirilən görüşdə oyunun birinci hissəsində heç bir komanda tərəfindən qol vurulımayıb. İkinci hissənin 50-ci dəqiqəsində Əşkan Dejaqe, 56-cı dəqiqəsində isə Yukiya Sogita “Traxtur” tərəfindən qol vurub. 66-cı dəqiqədə isə “Neft” komandası oyunçusu səhvən öz darvazalarına qol vurub. Bununlada “Traxtur”-“Neft” oyunu 3:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Görüşdə təxminən 40 min “Traxtur” tərəfdarları tamaşaçı qismində iştirak edib. Soydaşlarımız oyun boyu “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşa Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.

 

Oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və 25-ci dəqiqədə “Azərbaycan qızları göylərin ulduzları – Stadion yolları gözləyir onları / Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq biz alarıq haqqınızı türk qızları, türk qızları...!” şüarı səsləndirilib.

 

Qadınların stadiona girişinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı şüar 18-ci super liqa yarışları zamanı “Traxtur”un bütün görüşlərində səsləndirilib. “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı isə ötən illərdən “Traxtur”un görüşlərində dilə gətirilir.

 

https://www.youtube.com/watch?time_continue=1&v=4u8Lzd9H0Js

 

https://www.youtube.com/watch?time_continue=13&v=QZE-p0imdKk

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN