“Traxtur”a transfer edilən Məsud Şucayi türkcə belə mesaj verdi

“Traxtur”a transfer edilən Məsud Şucayi türkcə belə mesaj verdi

GünAz TV: Ötən günlərdə Təbrizin “Traxtur” futbol komandasına transfer edilən Məsud Şucayi türk dilində yaydığı mesajda Azərbaycan komandasına qoşulduğundan sevincini dilə gətirib.

 

Qaşqay türklərindən olan M.Şucayi avqustun 7-də İnstaqram səhifəsində türk və fars dillərində post paylaşaraq “Traxtur” tərəfdarlarının xüsusi diqqətini çəkib.

 

O türk dilində paylaşdığı postda deyib:

“Əziz və hörmətli azərbaycanlı həmvətənlərimi salamlayıram. Məni qarşılamaq üçün Təbrizin hava limanına gəldiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edir, ayaqlarınız ağrımasın deyirəm. Səhənd və Savalan (Savalan) diyarı məni xidmət etməyə qəbul etdiyi üçün  çox sevinirəm. Hədəfimiz gün kimi aydındır. Tək əldən səs çıxmaz. “Traxtur”un şərəfli qırmızı bayrağının ucalarda dalğalanması üçün hamımız (məsullar, məşqçilər, oyunçular, komanda tərəfdarları) əl-ələ verməliyik. Yaşasın Azərbaycan.”

 

Qaşqay futbolçu fars dilində yaydığı mesajda isə Səhənd və Savalan diyarında top oynayacağından qürur hissi keçirdiyini bildirərək “Traxtur” klubunun sahibi cənab Zenuzi, baş məşqçi Con Toşak və komanda tərəfdarlarının çəkdiyi zəhmətləri yüksək qiymətləndirib, onlara övgülər yağdırıb.

 

M.Şucayi “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” şüarı ilə mətni yekunlaşdırıb.

 

Şiraz şəhərində dünyaya göz açan M.Şucayi Qaşqay türklərindəndir. İspaniyanın “Osasuna” komandasının keçmiş oyunçusu ötən həftə “Traxtur” klubuna transfer edilib.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN