“Traxtur” bu gün “Şahin” komandasını qəbul edəcək

“Traxtur” bu gün “Şahin” komandasını qəbul edəcək

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu növbəti rəqibini bu gün səhənd stadionunda qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində “Traxtur” Buşehrin “Şahin” komandası ilə qarşılaşacaq.

 

Görüş noyabrın 5-i yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda başlayacaq.

 

“Traxtur”-“Şahin” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, “Traxtur” super liqa yarışları çərçivəsində bu günədək Şahin komandası ilə 6 dəfə üz-üzə gəlib, heç bir görüşdə rəqibinə uduzmayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN