“Traxtur” bu klubdan şikayət edib

“Traxtur” bu klubdan şikayət edib

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu Xuzistanın “Fulad” klubundan əxlaq komitəsinə şikayət edib.


Məlumata görə, “Fulad” komandasının ən təsiredici üzvlərindən birinin “Traxtur”un təcrübəli müdafiəçisi Məhəmməd Təyyebi ilə əlaqə saxlayaraq ondan “Fulad” komandasına qoşulmasını istəyib. Azərbaycan klubunun məsulları bu xəbəri eşitdikdən sonra avqustun 9-da əxlaq komitəsinə məktub yazaraq “Fulad”dan şikayət ediblər.


Azərbaycan klubunun məsulları inanır ki, ““Fulad” M.Təyyebini istəyirsə, bunu “Traxtur” klubu vasitəsi ilə həyata keçirməlidir, oyunçu ilə birbaşa əlaqə saxlamaq düzgün deyil.”


“Fulad” klubu ötən mövsümün ikinci yarısından M.Təyyebini komandaya transfer etmək istəyib, lakin buna nail ola bilməyib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN