“Traxtur” cümə günü “İstiqlal”la qarşılaşacaq

“Traxtur” cümə günü “İstiqlal”la qarşılaşacaq

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası ən prinsipial görüşlərindən birinə hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 9-cu həftəsində “Traxtur” Tehranın “İstiqlal” komandasını qəbul edəcək.

 

Görüş yerli vaxtla saat 18:00-da Təbrizin səhənd stadionunda başlayacaq.

 

“Traxtur”-“İstiqlal” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə görüşü hər zaman “Traxtur” tərəfdarları üçün önəmli olub. Bu, komandaların təkcə güclü rəqib olduğu ilə bağlı deyil, tərəfdarlarının “Traxtur” və Azərbaycan türk millətinə qarşı səsləndirdikləri aşağılayıcı şüarlar “Traxtur” tərəfdarlarını daha çox aktiv olmağa vadar edir. Bu baxımdan cümə günü keçiriləcək görüşdə səhənd stadionunun “Traxtur” azarkeşləri ilə dolacağı gözlənilir.

 

Sabahkı görüşdə Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək veriləcəyi də gözlənilir. Məlumata görə, “Traxtur” tərəfdarları türk əsgərinə hərbi salam vermək, eləcə də “Yaşasın Türkiyə” və “Məhv olsun PKK” kimi şüarlar səsləndirməyi planlaşdırır. Bəzi azarkeşlər isə Qərbi Azərbaycan Əyalətində kürd terror qruplaşmaları tərəfindən şəhid edilən azərbaycanlıların şəkillərini nümayiş etdirməyə hazırlaşır.

 

Xatırladaq ki, “Traxtur”un baş məşqçisi Mustafa Dənizli bir neçə gün əvvəl “Traxtur”-“İstiqlal” qarşılaşmasında stadionda 80 min azarkeşi görmək istədiyini bildirmişdir. O bütün “Traxtur” tərəfdarlarını doğma komandaya dəstək verməyə çağırıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN