“Traxtur”dan böyükhesablı qələbə - 4:0

“Traxtur”dan böyükhesablı qələbə - 4:0

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində qarşılaşdığı Mazandaran təmsilçisini öz meydançasında böyük hesabla məğlub edib.

 

Komandamız yarışların 7-ci həftəsində Təbriz vaxtı ilə saat 15:30-da Qaimşəhrin Vətəni stadionunda keçirilən görüşdə qonağı olduğu “Nəssaci”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 

“Traxtur”a qələbə qazandıran qollar 52-ci dəqiqədə Vilian Mimbella, 61 və 63-cü dəqiqələrdə Sasan Ənsari və 85-ci dəqiqədə Yukia Sugita tərəfindən vurulub.

 

“Traxtur” bu qələbədən sonra 17 xalla müvəqqəti olaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN