“Traxtur”dan növbəti qələbə - 1:0

“Traxtur”dan növbəti qələbə - 1:0

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası Sircanın təmsilçisi “Gül Gövhər”i bu gün yerli vaxtla saat 17:30-da Təbrizin səhənd stadionunda qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 4-cü həftəsində keçirilən görüş 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

“Traxtur”a qələbə qazandıran qol oyunun 60-cı dəqiqəsində vurulub.

 

“Traxtur” bu qələbədən sonra 8 xalla müvəqqəti olaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Görüşdə təxminən 30 min “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN