“Traxtur” "Ələhli" ilə qarşılaşdı - Birləşmiş Ərəb Əmirliklərində

“Traxtur”

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası Birləşmiş Ərəb Əmirliklərində qarşılaşdığı Səudiyyə Ərəbistanı komandasına  uduzub.

 

Asiya çempionlar liqasının qrup mərhələsində keçirilən görüş aprelin 3-ü saat 20:50-də “Əl-əyn” komandasının stadionunda baş tutub.

 

Azərbaycan komandasının yaxşı oyun nümayiş etdirməsinə baxmayaraq oyun nəhayətdə 2:0 hesabı ilə “Ələhli”nin xeyirinə yekunlaşıb.

 

“Əhəhli”yə qələbə qazandıran qollar 49 və 93-cü dəqiqələrdə Asiri və Zəkərya tərəfindən vurulub.

 

Oyun bitdikdən sonra “Traxtur”un baş məşqçisi Ərtoğrul Sağlam keçirilən mətbuat konfransında çıxış edib. O komandasının şanssızlığa uğradığını qeyd edərək “Ələhli” qarşısında yaxşı oyun nümayiş etdirdiklərini və qələbəyə layiq olduqlarını deyib. Onun sözlərinə görə, qələbə üçün bir çox fürsət yaranıb, lakin heç biri nəticə əldə edilməyib.

 

“Bizim üçün artıq Asiya Çempionlar Liqası bitdi, artıq super liqanın davamı haqqında düşünməliyik”- deyə baş məşqçi əlavə edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN