“Traxtur” ən çox tərəfdarı olan super liqa komandasıdır

“Traxtur” ən çox tərəfdarı olan super liqa komandasıdır

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının sayı baxımından İran üzrə birinci yerdədir.

 

Bu barədə “Varzesh11” futbol saytı məlumat yayıb.

 

Saytın yaydığı bir araşdırmada qeyd olunub ki, İran super liqasının 19-cü həftəsində çempionluq şansı olan klublar təxminən məlum olub. Hazırda Təbrizin “Traxtur” komandası 34 xalla turnir cədvəlinin 5-ci yerindədir və super liqa çempionu olmağa iddialıdır. Daha önəmli məsələ ondan ibarətdir ki, bu komandanın tərəfdarları görüşlərdə aktiv şəkildə iştirak edir, “Traxtur” super liqanın 19-cu həftəsində ən çox tərəfdarı olan komanda kimi tanınıb.

 

Məlumatda qeyd olunub ki, “Traxtur” tərəfdarlarının sayı baxımından paytaxt Tehranın iki əsas komandasından (“İstiqlal” və “Perspolis” komandaları nəzərdə tutulur) irəlidədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN