“Traxtur” futbol komandasında yeni təyinat

“Traxtur” futbol komandasında yeni təyinat

GünAz TV: Güney Azərbaycan “Traxtur” futbol komandasının yeni icraçı direktorunun adı məlum olub.

 

Bu gün yayılan məlumata görə, “Traxtur” klubunun qərarı ilə Əyyub Zülfiqari komandanın baş məşqçi postuna təyin olunub.

 

Yeni baş məşqçi Əhəd Şeyxlərinin yerinə təyin edilib.

 

Ə.Şeyxləri bundan əvvəl “Traxtur”un icraçı direktoru kimi fəaliyyət göstərib. Lakin o yanvarın 6-da Təbrizin “Maşınsazi” komandasının baş məşqçi postuna seçilib.

 

Ə.Zülfiqari bir neçə il “Traxtur” klubunda oynayıb. O Toni Olivera və Əmir Qələnoinin baş məşqçiliyi dövründə komandanın icraçı direktoru kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, Məhəmmədrza Zenuzi “Traxtur” və “Maşınsazi” klublarının sahibidir. Klublarda edilən əsas dəyişikliklər onun əmri ilə baş verir.

Hal-hazırda super liqa yarışlarında “Traxtur” 30 xalla 3-cü, “Maşınsazi” isə 22 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN