“Traxtur”-“Gül Gövhər” görüşü bərabər hesabla başa çatıb

“Traxtur”-“Gül Gövhər” görüşü bərabər hesabla başa çatıb

GünAz TV: Sircan şəhərinin İmam Əli stadionunda bu şəhərin “Gül Gövhər” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən qarşılaşma bərabər hesabla başa çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 19-cu həftəsində keçirilən görüş bu gün saat 16:50-də baş tutub.

 

Oyunun 77-ci dəqiqəsində Sircan təmsilçisinin oyunçusu Qadvin Menşa hesabı açıb. “Traxtur”un oyunçusu Əkbər İmani isə 88-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib.

 

Bununla da “Traxtur”-“Gül Gövhər” oyunu 1:1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, hal-hazırda “Traxtur” komandası 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN