“Traxtur”-“İstiqlal” görüşü başa çatdı

“Traxtur”-“İstiqlal” görüşü başa çatdı

GünAz TV: Bu gün Güney Azərbaycanın “Traxtur” futbol klubu yerli vaxtla saat 18:00-da Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 9-cü həftəsində keçirilən görüş qonaq komandanın xeyirinə yekunlaşıb.

 

Oyunun birinci hissəsi 1:1 bərabər hesabla başa çatsa da, ikinci hissədə “Traxtur” tərəfindən 1, “İstiqlal” tərəfindən isə 3 qol vurulub. Bununla da oyun 2:4 hesabı ilə “İstiqlal”ın xeyirinə başa çatıb.

 

“Traxtur”un oyunçuları Məhəmmədrza Azadi 20 və Sasan Ənsari 79-cu dəqiqədə qol vurub. Rəqib komandanın qolları isə 40, 65 və 70-ci dəqiqədə Şeyx Diyabate və 84-cü dəqiqədə Əli Kərimi tərəfindən vurulub.

 

Bu nəticədən sonra “Traxtur” 17 xalla turnir cədvəlinin 2-ci pilləsində olduğu kimi qalıb. “İstiqlal” isə 15 xalla cədvəlin 7-ci pilləsində  qərarlaşıb.

 

“Traxtur”-“İstiqlal” görüşündə 80 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN