“Traxtur”-“İstiqlal” görüşündə 43 nəfərin saxlandığı məlum olub

2018-08-12 09:41

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbrizin “Traxtur” futbol komandasının tərəfdarları Tehranın Azadi stadionunda keçirilən görüşdə polis əməkdaşları və rəqib komanda tərəfdarlarının hücumuna məruz qalıblar.

 

Avqustun 10-da “İstiqlal” komandası ilə görüşdə azərbaycanlı futbol tamaşaçılarına hücum edən polis əməkdaşları onlardan bir neçəsinə xəsarət yetirib və onlarla komanda tərəfdarını saxlayıblar.

 

“Xəbər Online” saytının şənbə günü yaydığı məlumata görə, görüş zamanı 43 “Traxtur” tərəfdarı saxlanılıb, onların müvəqqəti saxlanma təcridxanasına aparıldığı bildirilib.

Azərbaycan klubunun müdiri Sadiq Drudgər şənbə günü səhər saatlarından saxlanılan komanda tərəfdarlarının azadlığa buraxılmasına çalışdığını deyib. Onun sözlərinə görə, azyaşlı uşaqlar da daxil olmaqla çox sayda tərəfdar polis əməkdaşları tərəfindən döyülüb.

 

“Traxtur”un keçmiş baş məşqçisi Rəsul Xətibi polisin azərbaycanlı komanda tərəfdarları ilə davranışının utancverci olduğunu deyib. “Polis əməkdaşlarının bu davranışı üzr istəməklə də keçməz”- deyə o vurğulayıb.

 

Görüş zamanı “İstiqlal” komandasının tərəfdarları türk millətinə qarşı təhqiramiz hərəkətlər edib, “ölüm olsun türkə” şüarı səsləndiriblər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.26.2020 : “Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

2020-09-26

gun az article

Güney Azərbaycanın Zəncan, Qəzvin və Şərqi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-26

gun az article

Təbrizdə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər də yaralanıb

2020-09-26

gun az article

Əbhərin Köynək kəndinin türk adı təhrif edilərək fars sözü ilə dəyişdirilib

2020-09-26

gun az article

Təbriz futbolunun atası Böyük Səbbağ vəfat edib

2020-09-26

gun az article

Güney Azərbaycanlı milli fəallar İbrahim Cəfərzadə və xanımı Mina Kəhrubayinin ölümünün 9-cu ildönümüdür

2020-09-26

gun az article

GünazTV Sep.25.2020-QADINCA: Mina Kəhrubayi və İbrahim Cəfərzadənin xatirəsinə, İran'da "hicab"zorunluğu sorunu

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Azadlıq səsi: Azərbaycanda hərbi səfərbərlik xidmətinə çağrış

2020-09-26

gun az article

GünazTV Sep.25.2020 : “Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

2020-09-25

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-25

gun az article

Azərbaycanda sərmayə yatırmaq istəyən sahibkar müflis edilib + VİDEO

2020-09-25

gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24