“Traxtur” klubu “Fulad”ı əliboş yola salıb

“Traxtur” klubu “Fulad”ı əliboş yola salıb

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu bu gün Təbrizdə keçirilən görüşdə Xuzistan təmsilçisini məğlub yola salıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 15-ci həftəsində “Traxtur” klubu “Fulad” komandasını səhənd stadionunda qəbul edib. Təbriz vaxtı ilə 15:30-da keçirilən oyunun 73-cü dəqiqəsində Rza Əsədi “Traxtur”u hesabda irəli çıxarıb. Bu, oyunda vurulan yeganə qol olub.

 

Bununla da “Traxtur”-“Fulad” görüşü 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Beləliklə, bu qələbə sayəsində “Traxtur” xallarının sayını 21-ə çatdıraraq müvəqqəti olaraq turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN