“Traxtur” klubu hakimdən şikayət edib – “Perspolis”lə oyunda…

“Traxtur” klubu hakimdən şikayət edib – “Perspolis”lə oyunda…

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu bu komandanın “Perspolis”lə görüşünü idarə edən hakimdən şikayət edib.


Güney Azərbaycan klubu Tehranın “Perspolis” komandası ilə görüşdə hakimin qərəzli və yanlış qərarlarını həlledici hesab edərək Məhəmmədrza Əkbəryandan Futbol Federasiyasının İnzibati Komitəsinə şikayət edib.

Qeyd olunub ki, hakimin ardıcıl olaraq təkrar fit çalması, oyunu müvəqqəti dayandırması, oyunçulara dəfələrlə kart göstərməsi və s. oyunun sürətinə təsir edib və “Traxtur” oyunçularının diqqətini oyundan yayındırıb. Hakim qövmlərlə bağlı şüar verilincə, FİFA qanunlarına əsasən oyunu dayandırmalı idi. Lakin bu baş vermədi.


Bildirilir ki, klubun nümayəndəsi yanvarın 27-dən Futbol Federasiuyasına müraciət edərək bu məsələyə baxılmasını tələb edib.

 

Xatırladaq ki, “Traxtur”-“Perspolis” görüşü yanvarın 26-da Tehranın Azadi stadionunda keçirilib. Oyun boyu “Perspolis” tərəfdarları rəqib komanda və Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub. Sonda oyun hakimin qərəzli və yanlış qərarlarının nəticəsi olaraq 2:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN