“Traxtur” klubu ilə Corc Likenz arasındakı müqavilə ləğv olunub

“Traxtur” klubu ilə Corc Likenz arasındakı müqavilə ləğv olunub

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu komandanın baş məşqçisi Corc Likenzlə bağladığı müqaviləni ləğv edib.

 

Belçikalı baş məşqçi 18-ci super liqa yarışlarının ikinci yarısında “Traxtur” klubu ilə müqavilə bağlayaraq komandaya cəlb olunmuşdur. 3 illik müqavilədə qeyd olunan bəndlərdən biri baş məşqçinin fəaliyyətinin hər yarım mövsümün sonunda qiymətləndirilməsi ilə bağlı olub. Qeyd olunub ki, klub lazım gəldikdə baş məşqçi ilə müqaviləni ləğv edə bilər.

 

Mediada yayılan məlumata görə, ötən günlərdə super liqa yarışları yekunlaşdıqdan sonra Klubun İdarə Heyəti baş məşqçinin fəaliyyəti ilə bağlı iclas keçirib. İclasda yarışlarda əldə olunan nəticənin zəif olması və komanda tərəfdarlarının tələbi nəzərə alınaraq Corc Likenzlə klub arasında olan müqavilənin ləğvinə dair qərar qəbul olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN