“Traxtur” klubu külli miqdarda vəsait ödəməli oldu

“Traxtur” klubu külli miqdarda vəsait ödəməli oldu

GünAz TV: İran üzrə futbol klublarının növbəti super liqa yarışlarının başlanması ərəfəsində Güney Azərbaycanın “Traxtur” futbol klubu barəsində ağır hökm çıxarılıb.

 

İran Futbol Federasiyasının Oyunçuların Vəziyyəti üzrə Komitəsi Sina Eşvəsi, Ərdəşir Qələnoi və Yusif Seyyidinin “Traxtur”dan şikayəti barədə qərar çıxarıb.

 

Hökmə əsasən, klub Sina Eşvərinin şikayəti ilə bağlı oyunçunun tələbinə görə 8 milyard 925 milyon rial, məhkəmə prosesi xərclərinə görə isə 178 milyon 500 min rial məbləğində ödəməlidir. Ərdəşir Qələnoinin şikayəti ilə bağlı isə klub şikayətçinin tələbinə görə 8 milyard 186 milyon 499 min 980 rial və məhkəmə prosesinə görə 163 milyon 730 min rial vəsait ödəməyə məhkum olunub.

 

Yusif Seyyidinin klubdan etdiyi şikayət isə Komitə tərəfindən rədd edilib.

 

Verilən qərara Futbol Federasiyasının Apellyasiya Komitəsində 7 gün ərzində yenidən baxıla bilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN