“Traxtur” klubu növbəti mövsüm üçün yeni oyunçularla birinci müqaviləni imzaladı

“Traxtur” klubu növbəti mövsüm üçün yeni oyunçularla birinci müqaviləni imzaladı

GünAz TV: İran üzrə futbol klublarının 18-ci super liqa yarışlarına hazırlaşan “Traxtur” klubu növbəti mövsümə oyunçu cəlb etməyə başlayıb.

 

Artıq Təbriz klubunun iyunun 2-də Möhsün Fruzanla 3 illik müqavilə bağladığı bildirilir.

 

Məlumata görə, birinci müqavilə klubun icraçı direktoru Abbas İlyasi ilə M.Fruzanın arasında razılığa gəlindikdən sonra imzalanıb.

 

Oyunçu ilə klub arasında uzunmüddətli müqavilənin imzalanmasında “Traxtur” tərəfdarlarının tələbi də nəzərə alınıb. Bundan əvvəl komanda tərəfdarları oyunçularla bir neçə illik müqavilənin bağlanmasına tərəfdar olduqlarını elan etmişdilər.

 

Klub məsullarının komandanın kapitanı Mehdi Kiyanı ilə də razılığa gəldiyi bildirilir. Məlumata görə, yaxın günlərdə M.Kiyanı ilə bağlanan müqavilənin müddəti uzadılacaq.

 

Azərbaycan klubunun yeni sahibi Məhəmmədrza Zenuzi güclü oyunçulardan ibarət komanda təşkil edəcəyini bildirib. O komandaya xarici baş məşqçi cəlb edəcəyini də açıqlayıb. Klub sahibinin qərarına əsasən yeni baş məşqçi təyin olunanadək komandaya Rza Mühaciri nəzarət edəcək. R.Mühaciri böyük ehtimalla xarici baş məşqçinin köməkçisi kimi komandada fəaliyyətini davam etdirəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN