“Traxtur” klubunda yeni təyinat

“Traxtur” klubunda yeni təyinat

GünAz TV: Təbrizin “Traxtur” futbol klubunda yeni təyinat olub.

 

Medianın yaydığı məlumatda bildirilir ki, klubun idarə heyətinin rəisi və icraçı direktorunun kimliyinə rəsmən aydınlıq gəlib.  

 

Məhəmməd Sadiq Drudgər klubun icraçı direktoru, Abbas İlyasi isə idarə heyətinin rəisi təyin olunub. Onların klubun sahibi Məhəmməd Rza Zenuzinin müvafiq əmri ilə qeyd olunan vəzifələrə təyinat aldığı bildirilir.

 

Bir müddət İran Futbol Federasiyasında fəaliyyət göstərən Məhəmməd Sadiq Drudgər bundan əvvəl “İstil Azin”, “Mələvan” və “Nəssaci” klublarının icraçı direktoru kimi  çalışıb.

 

Klubun idarə heyətinin rəisi postuna təyin olunan Abbas İlyasi isə bundan əvvəl təmsil etdiyi klubun icraçı direktoru vəzifəsində fəaliyyət göstərib.

 

Bu arada ötən günlərdə “Traxtur”a transfer edilən iki xarici oyunçu Harry Forster və Antonio Stokesin 18-ci super liqa yarışlarının 2-ci həftəsində komandaya qoşulacaqları bildirilir. Onların birinci həftədə “Məscid Süleyman”ın “Neft” komandası ilə görüşdə meydana çıxmamasının səbəbi klubla müqavilələrinin rəsmiləşməməsi olub.

Məlumata görə, artıq bütün sənədlər rəsmiləşdirilib, oyunçular “Traxtur”un cümə günü qəbul edəcəyi “Nəssaci” komandası ilə görüşdə meydana çıxacaqlar.

 

Harry Forster və Antonio Stokes

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN