“Traxtur” klubundan son xəbər

“Traxtur” klubundan son xəbər

GünAz TV: Mövsümün ikinci yarısının birinci görüşünə hazırlaşan Təbrizin “Traxtur” futbol klubu ötən günlərdə qış transfer pəncərəsində “Sepahan” komandasının hücumçusu Sasan Ənsarini komandaya cəlb edib.

 

Hücumçu Azərbaycan klubu ilə 2.5 illik müqavilə imzalayıb. O super liqa yarışlarının birinci yarısında “Sepahan” komandasının uğurları üçün çalışıb.

 

Sasan Ənsari bundan əvvəl Xuzistanın “Fulad”, “Perspolis” və “Sepahan” komandalıarında oynayıb.

 

Sasn Ənsari

 

Bir neçə aydır “Traxtur”a transfer ediləcəyi deyilən “Maşınsazi”nin müdafiəçisi Məhəmməd Hüseyn Kənanizadəqanın gələcək fəaliyyəti ilə bağlı da məlumat yayılıb.

 

İdman saytlarında yayılan informasiyaya görə, artıq Məhəmməd Hüseyn Kənanizadəqan “Maşınsazi”nin məşqlərinə qayıdır, onun “Traxtur”a transfer ediləcəyi gözlənilmir. Bildirilir ki, müdafiəçinin oyunu “Traxtur”un baş məşqçisi Corc Likensi qane etməyib.

 

Məhəmməd Hüseyn Kənanizadəqan Asiya Millətləri Kubokunda İranın milli komandasının tərkibdə iştirak edib.

 

Məhəmməd Hüseyn Kənanizadəqan

 

“Traxtur” komandasının cümə günü keçirdiyi məşqlərə Məsud Şucainin də qatıldığı bildirilir. Corc Likens bütün oyunçular tərəfindən komandanın kapitanını gül dəstəsi ilə qarşılayıb.

 

Məsud Şucainin

 

 

“Traxtur” komandasının müdiri Həsən Azərniya isə növbəti məşqlərdə Ehsan Hacısəfi və Əşkan Dejaqenin iştirak edəcəyini bildirib.

 

Qeyd edək ki, Təbriz klubu gələn həftə mövsümün ikinci yarısında “Məscid Süleyman”ın “Neft” komandasını qəbul edəcək. “Traxtur” tərəfdarları qış transferi pəncərəsindən sonra “Traxtur”un daha güclü çıxış etməsinə ümid edir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN