“Traxtur” klubunun icraçı direktoru tutduğu vəzifədən istefa verib

“Traxtur” klubunun icraçı direktoru tutduğu vəzifədən istefa verib

GünAz TV: Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru Əyyub Behtac tutduğu vəzifədən istefa verib.

 

Bir neçə həftə əvvəl vəzifəyə təyin edilən Ə.Behtac fəaliyyət müddətində bir çox müzakirələrə səbəb olmuşdur. O eyni halda Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisidir.

 

Xəbəri təsdiqləyən keçmiş icraçı direktor bildirib ki, Gənclər və İdman İdarəsi onun istefası ilə razılaşmadığı üçün klubdan getməkdən başqa yol qalmadı və tutduğu postdan istefa verməli oldu.

 

Klub rəhbərliyinin Ə.Behtacın istefası ilə razılaşdığı bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN