“Traxtur” klubunun sahibi: “Super liqa yarışlarının birinci 3 komandası öncədən müəyyən edilib”

2019-04-20 12:45

GünAz TV: 18-ci super liqa yarışlarının yekunlaşmasına bir neçə görüş qaldığı bir vaxtda Təbrizin “Traxtur” futbol komandası gizli qurulan ssenari əsasında məğlubiyyətə uğradılıb.

 

Bu barədə klubun sahibi Məhəmmədrza Zenuzi “Radio Cavan”a verdiyi müsahibədə bəzi suallara cavablandırıb.

 

O “son iki həftədə nə baş verdi ki, “Traxtur” çempion olma şansını itirdi?” sualının cavabında bildirib ki, bu sualı Futbol Federasiyası və Liqa Təşkilatına soruşmaq lazımdır. Mən bu ssenarini qurmamışam ki, Belə bir sualı da cavablandırım!

“Adi bir insan “Traxtur”un oyunlarına baxıb baş verən hadisələri izlərsə, planlaşdırılan ssenarini başa düşə bilər. Nə üçün Rəştin “Sepid rud” komandası ilə görüşdə meydançanın süni ot örtüyünün üstünə qranul tökülməli idi? Nəyə görə, nəzarətçilər həmin şəhərdən seçilməli idi? Bir həftədir ki, Futbol Federasiyasının rəisindən vaxt istəyirəm. Dedi ki, 1 saat sonra zəng edecem, lakin hələ də zəng etməyib. Eləcə də Gənclər və idman nazirindən vaxt istədim, heç bir cavab verilmədi.

Biz turnir cədvəlinin 3-cü yerindən sonranı düşünüb, işimizi onun üçün planlaşdırmalıyıq. Ona görə ki, birinci 3 komanda artıq müəyyənləşib, bunda kimsənin şübhəsi olmasın.

“Nəssaci” ilə görüşdə “Traxtur”un lehinə olan bir penalti hakim tərəfindən gözardı edildi. Hətta eyni hadisə Təbrizin “Maşınsazi” komandası ilə “İstiqlal” arasında keçirilən görüşdə də yaşandı. “Traxtur”la “Sepid rud” görüşündə yanlış Offsayd qərarı verildi, komandamızın lehinə olan penalti isə yenə də gözardı edildi. Bütün bunları mən demirəm ekspertlər deyir”- deyə klub sahibi bildirib.

 

“Traxtur”-“Sepid rud” görüşündə komandasına xəyanət edən qapıçı Möhsün Fruzanla bağlı sualı cavablandıran M.Zenuzi bildirib ki, Futbol Federasiyasında dosyesi olan bir şəxs oyunlardan məhrum edilməlidir, lakin ona yarışlara qatılmaq üçün oyunçu kimi icazə verilib. Ola bilsin ki, xaric ölkələrdə mərcə girmək qanunazidd əməl deyil. Lakin bu iş İranda qadağandır. Belə bir fakt  müşahidə olunursa, həmin şəxs məhkəməyə göndərilməlidir, lakin bu baş vermədi.

 

O Möhsün Fruzanla bağlı danışarkən qapışıya bir neçə sual ünvanlayıb: “Xune be xune” ilə “Sepid rud”un görüşündə necə qol yedi? “Pars cənubi cəm” ilə “Sepid rud” qarşılaşmasında hansı şəraitdə qol yedi? “Traxtur”la “Sepid rud”un oyununda 85-ci dəqiqədə qol vurduğumuzdan sonra 90-cı dəqiqədə hansı şəraitdə qol yedi? Necə olur ki, onun səhvləri hər zaman “Sepid rud”un qarşısında baş verir?! Ona görə də mən hesab eliyirəm ki, “Sepid rud”la görüşdə “Traxtur”un qapısına vurulan bütün qollar barəsində Asiya Futbol Konfedrasiyasına məlumat verilməlidir. Çünki vurulan digər iki qol da şübhəlidir.

 

M.Zenuzi idman nazirini də tənqid atəşinə tutub. O bildirib ki, İdman Təşkilatı, İdman Nazirliyinə çevrildi ki, bu məsələlər öz həllini tapsın. Lakin bu görünmür. Bizim məsullarımız ayrı-seçkilik edir. Nəyə görə, İdman Nazirliyindən Futbol Federasiyasına “Traxtur”-“Sepid rud” görüşü ilə bağlı zəng edilmir?!

 

İranın yalnız Tehrandan Kərəcə qədər olmadığını deyən klub sahibi Tehran klublarına daha çox diqqət ayrıldığını, bəzi komandalara qarşı ayrı-seçkilik edildiyini dəfələrlə vurğulayıb. O hətta Futbol Federasiyası İnzibati Komitəsinin də stadionlarda baş verən hadisələrlə bağlı qərəzli qərar çıxardığını, bəzi klubların yersiz cəzalandırıldığını bildirib.

 

“Traxtur” kklubunun sahibi sözlərinin sonunda Futbol Federasiyasının rəisi Mehdi Tacdan futboldan getməsini istəyib. O bildirib ki, M.Tac belə bir addım atarsa, futbola böyük xidmət etmiş olar.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11

gun az article

GünazTV July.10.2020-QADINCA: Milli hərəkatını mübariz simvolu Abbas Lisaninin 15 illik həbsi

2020-07-11

gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10