“Traxtur” komandası “Peykan”ı öz şəhərində məğlub etdi

“Traxtur” komandası “Peykan”ı öz şəhərində məğlub etdi

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası noyabrın 2-i yerli vaxtla saat 15:30-da Tehranda Qüds şəhərinin stadionunda “Peykan” komandası ilə qarşılaşıb, Azərbaycan komandası rəqibini 1:2 hesabı ilə öz şəhərində məğlub edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 11-ci həftəsində keçirilən görüşdə “Traxtur” tərəfindən İman Səlimi və Danyal İsmailifər, “Peykan” tərəfindən isə Məhəmməd Qazi qol vurublar.

 

Bu nəticədən sonar “Traxtur” 19 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

 

Bu oyun, 18-ci super liqa yarışlarında “Peykan” komandasının ikinci məğlubiyyəti sayılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN