“Traxtur” komandası “Sepidrud”u məğlub yola saldı / Stadionda yeni şüar səsləndirildi – VİDEO

“Traxtur” komandası “Sepidrud”u məğlub yola saldı / Stadionda yeni şüar səsləndirildi – VİDEO

GünAz TV: Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Rəştin “Sepidrud” komandaları arasında keçirilən görüş ev sahibinin xeyirinə yekunlaşıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 10-cu həftəsində keçirilən qarşılaşma oktyabrın 26-ı yerli vaxtla saat 16:00-da baş tutub, oyun 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə başa çatıb.

 

Görüş zamanı stadionda 40 min nəfərdən çox tamaşaçı olub. Tamaşaçılar oyunun 25-ci dəqiqəsində səsləndirdikləri yeni şüarla stadionu lərzəyə gətiriblər. Onlar “Səhənd meydanında – Türk qızlarının yeri boş” şüarı ilə qadınların stadiona buraxılmamasına etiraz bildiriblər. Soydaşlarımız bu şüarla 1946-cı ildə mərhum seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətinin qadınlara səsvermə hüququnu tanımasını da təqdir ediblər.

 

https://www.youtube.com/watch?time_continue=11&v=spV6dS-SkbU

 

Elə bu görüşdə bir azərbaycanlı azyaşlı qız “Traxtur” yarışını izləməyə gəlib, lakin təhlükəsizlik qüvvələri onu stadiona buraxmayıb və gözüyaşlı geri qaytarıblar.

 

https://www.youtube.com/watch?time_continue=14&v=uBD18xboKE0

 

“Traxtur” yarışlarında oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirilir. Bunu bilən stadion məsulları komanda  tərəfdarlarını çaşdırmaq məqsədi ilə stadionundakı saatı 15-ci dəqiqəyə iki dəqiqə qalmış söndürüblər. Lakin soydaşlarımız Azərbaycana qarşı yönələn müxtəlif tədbirlərlə tanış olduqları üçün məsələni dərhal başa düşüb, hər zaman olduğu kimi, 15-ci dəqiqədə gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarını səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=3&v=WpTEfJi7Jck

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN