“Traxtur” komandası super liqa yarışlarında ilk üçlükdə

“Traxtur” komandası super liqa yarışlarında ilk üçlükdə

GünAz TV: Bir neçə həftə ardıcıl uğursuz çıxış edən Güney Azərbaycanın “Traxtur” futbol komandası turnir cədvəlində yenidən mövqeyini gücləndirib.

 

Dekabrın 28-də “Traxtur”la “Peykan”ın super liqa yarışlarının 12-ci həftəsində təxirə saxlınmış görüşü keçirildikdən sonra Azərbaycan komandası cədvəlin birinci pilləsinə daha da yaxınlaşıb.

 

Tehranın “Şəhr-i Qüds” stadionunda keçirilən görüş 2:3 hesabı ilə “Traxtur” komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur” tərəfindən 53-cü dəqiqədə Sasan Ənsari, 62 və 86-cı dəqiqələrdə isə Məsud Şocayi qol vurub. Rəqib komandanın qolları isə 52-ci dəqiqədə Əli Məhəmmədi və 78-ci dəqiqədə Şəhriyar Muğanlı tərəfindən vurulub.

 

Bu qələbə nəticəsində “Traxtur” xallarının sayını 30-a çatdıraraq tunir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Azərbaycan klubu artıq super liqanın çempionluğuna iddiaçı olan klublar sırasında yer alıb.

 

Bu arada stadionda oyun zamanı “Traxtur” tərəfdarları Doğu Türkistan türklərinə dəstək nümayiş etdirib. Çin rejiminin uyğur türklərinə qarşı vaxtaşırı törətdiyi qətliam və mədəni soyqırımı pisləyən komanda tərəfdarları, soydaşlarına dəstək verən “Doğu Türkistana özgürlük” yazılmış yazılı parça nümayiş etdiriblər.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN