“Traxtur” Mazandaranın təmsilçisini Təbrizdə qəbul edəcək

“Traxtur” Mazandaranın təmsilçisini Təbrizdə qəbul edəcək

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının yeni mövsümdə ilk ev sahibliyi edəcəyi görüş cümə günü baş tutacaq.

 

“Traxtur” İran üzrə futbol klublarının super liqa yarışlarının 2-ci həftəsində Mazandaranın “Nəssaci komandası ilə qarşılaşacaq.  

 

Görüş avqustun 3-ü yerli vaxtla saat 20:00-da Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“Nəssaci” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada çərşənbə axşamı günü gecə saatlarında İranın milli komandasında oynayan iki futbolçunun “Traxtur”a transfer edildiyi barədə xəbər yayılıb. Məlumata görə, Məsud Şucayi və Əşkan Dejaqe Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayaraq rəsmən “Traxtur” komandasına transfer edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN