“Traxtur”-“Neft” görüşü bərabər hesabla sona çatıb

“Traxtur”-“Neft” görüşü bərabər hesabla sona çatıb

GünAz TV: 18-ci super liqa görüşlərinin birinci həftəsində Təbrizi təmsil edən hər iki komandanın görüşü bərabər hesabla sona çatıb.

 

İyulun 27-də “Traxtur” komandası “Məscid Süleyman”ın Behnam Məhəmmədi stadionunda bu şəhərin “Neft” komandası ilə qarşılaşıb, oyun 0-0 hesabı ilə başa çatıb.

 

Eyni gündə Təbrizin “Qostəreşe fulad” komandası Xuzistanın “İstiqlal” komandasını öz meydançasında qəbul edib, qarşılıqlı hücumlarla yadda qalan oyun 1:1 hesabı ilə yekunlaşıb.

 

“Qostəreş Fulad” tərəfindən Möhsün Yusifi 12-ci və “İstiqlal” tərəfindən Vəhid Xeştan 85-ci dəqiqədə qol vurublar.

 

Ötən günlərdə “Qostəreşe Fulad”ın Təbrizin “Maşınsazi” klubuna ötürüldüyü barədə xəbərlər yayılıb, lakin hələlik klubun adı və onun sahibi haqda xəbərlər dəqiqləşməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN