“Traxtur” növbəti görüşdə “Nəssaci” ilə qarşılaşacaq

“Traxtur” növbəti görüşdə “Nəssaci” ilə qarşılaşacaq

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası bazar ərtəsi günü Mazandaranın təmsilçisi ilə Qaimşəhrdə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 7-ci həftəsində keçiriləcək görüşdə Azərbaycan komandası “Nəssaci”nin qonağı olacaq.

 

Görüş oktyabrın  21-i Təbriz vaxtı ilə saat 15:30-da Qaimşəhrin Vətəni stadionunda başlayacaq.

 

“Traxtur”-“Nəssaci” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

İdman saytlarında yayılan məlumata görə, “Traxtur”un zədəli oyunçuları Əşkan Dejaqe və Rza Şikari “Nəssaci” ilə görüşdə iştirak edə bilıməyəcəklər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN