GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində növbəti yarışa hazırlaşır.
İran üzrə futbol klublarının super liqa yarışlarının 6-cı həftəsində “Traxtur” klubu “Pars Cənubi” komandasını qəbul edəcək.
Görüş oktyabrın 4-ü yerli vaxtla saat 18:30-da Təbrizin səhənd stadionunda başlayacaq.
“Traxtur”-“Pars Cənubi” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.
Bundan əvvəl açıqlanan məlumatda oyunun 16:30-da başlayacağı elan olunmuşdur. Təbrizdə beynəlxalq velosiped yarışları keçirildiyi səbəbindən stadion ətrafındakı xiyabanlarda böyük tıxac yarandığı üçün oyunun vaxtı dəyişdirilib.
N.S