“Traxtur” növbəti rəqibini cümə günü qəbul edəcək

“Traxtur” növbəti rəqibini cümə günü qəbul edəcək

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu növbəti görüşdə Xuzistan təmsilçisini qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 15-ci həftəsində “Traxtur” klubu “Fulad” komandası ilə qarşılaşacaq.

 

Oyun dekarın 13-ü yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda keçiriləcək.

 

“Traxtur”-“Fulad” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Baş məşqçi Mustafa Dənizlinin “Traxtur”dan ayrılması, klubun icraçı direktoru Qulamrza Sadeqiyanın istefa verməsi və Əhəd Şeyxlərinin müvəqqəti olaraq komandanı çalışdırmağa başlaması son günlərdə Azərbaycan klubunda baş verən ən önəmli hadisələrdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN