“Traxtur”-“Perspolis” görüşü başa çatdı

“Traxtur”-“Perspolis” görüşü başa çatdı

GünAz TV: Bu gün Təbriz vaxtı ilə saat 15:15-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən görüş bu dəqiqələrdə ev sahibinin xeyirinə başa çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüş 2:0 hesabı ilə yekunlaşıb.

 

“Perspolis”ə qələbə qazandıran qollar oyunun 9 və 55-ci dəqiqələrində vurulub.

 

Görüşdə tamaşaçı qismində iştirak edən minlərlə “Traxtur” tərəfdarı oyun zamanı bir çox milli şüar səsləndirib, qardaş ölkə Türkiyəyə cümə günü Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı veriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN