“Traxtur”-“Şahin” görüşü bərabər hesabla başa çatıb

“Traxtur”-“Şahin” görüşü bərabər hesabla başa çatıb

GünAz TV: Cümə axşamı günü Güney Azərbaycanın “Traxtur” futbol klubu Buşehrin “Şahin” komandasını Təbrizin səhənd stadionunda qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçirilən görüş noyabrın 5-i yerli vaxtla saat 15:30-da keçirilib.

 

“Traxtur”-“Şahin” görüşündə tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.

 

Görüş soyuq hava şəraitində keçirilib, buna baxmayaraq stadionda minlərlə “Traxtur” tərəfdarı azarkeş qismində iştirak edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN