“Traxtur” tərəfdarı Azərbaycan bayrağını qaldırdığına görə işgəncə edildiyi barədə danışıb – VİDEO

“Traxtur” tərəfdarı Azərbaycan bayrağını qaldırdığına görə işgəncə edildiyi barədə danışıb – VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbrizin səhənd stadionunda “Traxtur” komandasının görüşü zamanı Azərbaycan bayrağını qaldıran Ehsan adlı güneyli gənc təhlekəsizlik qüvvələri tərəfindən saxlanılaraq vəhşicəsinə işgəncə edilib. Ehsan məsələnin təfərrüatı barədə bir video yayaraq açıqlama verib.

 

“Traxtur” tərəfdarı yaydığı videoda saxlanma səbəbini də açıqlayıb.

“Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri (səfər Xocalı soyqırımının 27-ci ildönümündə baş tutmuşdur) zamanı  “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” sözləri yazılmış plakatın qaldırılmasına etiraz olaraq Təbrizin səhənd stadionunda Azərbaycanın müqəddəs bayrağını qaldırdım. Bu səbəbdən təhlükəsizlik qüvvələri tərəfindən 40 gün saxlandım. Sonra şərti azadlığa buraxıldım, lakin hər həftənin çərşənbə günü Polis İdarəsinə gedərək vərəqəyə imza atmalı idim.”- deyə o bildirib.

 

Azərbaycanlı gənc bədənində qalan işgəncə izlərini göstərərək İran rejiminin iç üzünü dünya ictimaiyyətinə çatdırmaq istədiyini bildirib.

 

Ehsan artıq İranı tərk edərək başqa bir ölkəyə köçüb.

 

https://www.youtube.com/watch?time_continue=13&v=umn00ZnT9DA

 

 

Təhlükəsizlik qüvvələrinin bu qeyri-insani hərəkəti azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri paylaşdıqları postlarda hökumətə “nə üçün hökumət Tehran və İsfahanda işğalçı ölkənin bayrağını qaldıran ermənilərə qarşı bu şəkildə davranmır?!” kimi suallar ünvanlayıblar.

 

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İran rejimi Dağlıq Qarabağla bağlı plakat qaldıran erməniləri cəzalandırmaq yerinə bu hadisəyə etiraz edənləri təqib etməyə başladı, etirazçılardan 29-u martın 2-də Təbrizin səhənd stadionunda keçirilən “Traxtur”-“Sepahan” oyunundan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı. “Traxtur” tərəfdarları oyun zamanı “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirmişdir.

 

İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların kəskin etirazına səbəb olmuşdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN