“Traxtur” tərəfdarları “Heyran gədiyi”ndə səsləndi: Bu torpaqdan pay olmaz... – VİDEO

“Traxtur” tərəfdarları “Heyran gədiyi”ndə səsləndi: Bu torpaqdan pay olmaz... – VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, aprelin 12-də Təbrizin “Traxtur” futbol komandası Rəştin “Sepid rud” klubunun qonağı olub.

 

Doğma komandanı təşviq etmək məqsədi ilə Rəşt şəhərinə gedən onlarla “Traxtur” tərəfdarı yol boyu müxtəlif milli şüarlar səsləndirib. Məlumata görə, azərbaycanlı gənclər Ərdəbilin “Heyran gədiyi” ərazisinin əyalətdən qorarılaraq Gilan Əyalətinə ilham edilməsi ilə bağlı cəhdlərə sərt reaksiya verib. Onlar “Heyran gədiyi”ndə avtomobildən düşərək Azərbaycan ərazisinə göz tikənlərə ciddi mesaj ünvanlayıb, “Bu torpaqdan pay olmaz – Ənzəli Gilan olmaz” kimi şüarlar səsləndiriblər.

 

Fəallar “Azərbaycan” sözünün Azərbaycan torpaqları üzərindən götürülməsi və tarixi torpaqlarımızın qonşu əyalətlərə ilhaq edilməsinə etiraz edən yazılı parçalar da nümayiş etdirib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=pU8_akdnyV4

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN