“Traxtur” tərəfdarları “Perspolis”lə görüşdə Azərbaycan bayrağını dalğalandırıb, milli şüarlar səsləndiriblər – VİDEO / GÖRÜNTÜ

“Traxtur” tərəfdarları “Perspolis”lə görüşdə Azərbaycan bayrağını dalğalandırıb, milli şüarlar səsləndiriblər – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Yanvarın 26-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüşdə soydaşlarımız tərəfindən milli şüarlar səsləndirilib.

 

Görüş zamanı minlərlə “Traxtur” tərəfdarı öz milli kimliklərini ifadə etmək məqsədi ilə bir çox milli şüar səsləndirməklə yanaşı Azərbaycanın şanlı üçrəngli bayrağını da dalğalandırıblar.

 

https://www.youtube.com/watch?v=RHC6_rkfxhI&feature=emb_logo

 

“Traxtur” tərəfdarları İran həbsxanalarında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəalların şəkillərini əks etdirən bannerlər nümayiş etdirərək onların azadlığa buraxılmasını tələb ediblər.

 

 

Azadi stadionunda soydaşlarımız gur səslə bir neçə milli şüar səsləndirib.

 

https://www.youtube.com/watch?time_continue=11&v=deslaYHR-Rk&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=5&v=5L54O8jXnNY&feature=emb_logo

 

Bu arada Urmiya şəhərinin Durnalar Yuvası stadionunda Urmiya komandası ilə “Peykan”ın arasında keçirilən voleybol yarışında “Azərbaycan – Azərbaycan” şüarı səsləndirilib.

 

https://www.youtube.com/watch?time_continue=10&v=u91MxhCLOZY&feature=emb_logo

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN