“Traxtur” tərəfdarları polis əməkdaşları tərəfindən döyülüb – Tehranda / VİDEO

“Traxtur” tərəfdarları polis əməkdaşları tərəfindən döyülüb – Tehranda / VİDEO

GünAz TV: Avqustun 10-u yerli vaxtla saat 20:30-da Tehranın “İstiqlal” komandası Təbrizin “Traxtur” takımını Azadi stadionunda qəbul edib.

 

Super liqa yarışları çərçivəsində keçirilən görüşü izləmək məqsədi ilə “Traxtur” tərəfdarları Güney Azərbaycanın müxtəlif bölgələrindən Tehrana yola düşüblər. Onlar oyun başlamadan Azadi stadionunun qarşısına toplaşaraq böyük öndər Anatürkün məşhur sözü “Nə mutlu türküm deyənə” şüarını səsləndiriblər. Soydaşlarımız ötən həftələrdə Rusiyada keçirilən Dünya Çempionatında İran millisində oynayan türkmən oyunçu Sərdar Azmunun da şəkilini nümayiş etdiriblər. Sərdar Azmun yarışlar zamanı sosial şəbəkələrdə fars irqçiləri tərəfindən müxtəlif təhqirlərə məruz qalmışdır.

 

https://www.youtube.com/watch?v=jOTCjoA91uQ

 

 

“Traxtur” tərəfdarları dövlətin Urmu gölü böhranına laqeyd münasibət bəslədiyinə də etiraz bildirib. Onlar stadionun qarşısında “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” şüarını səsləndiriblər.

 

Tərəfdarlar oyundan əvvəl sevimli komandalarını belə öyüblər:

https://www.youtube.com/watch?time_continue=2&v=HhDbBiC1fSc

 

Stadionunun daxilində isə paniranist və panfarsist qüvvələrə qarşı “Azərbaycan var olsun – istəməyən kor olsun” şüarı səsləndiririlib.

 

https://www.youtube.com/watch?time_continue=14&v=i6sIgvg4Hz4

 

“Traxtur” tərəfdarları oyun başlamadan əvvəl təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, onlardan bir neçəsi döyülüb. Həmin anda “Ölüm olsun diktatora” şüarı səsləndirilib.

 

https://www.youtube.com/watch?time_continue=86&v=3Wrm4OIEwDM

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçirilən görüş 3:0 hesabı ilə “İstiqlal”ın xeyirinə yekunlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN