“Traxtur” tərəfdarları Tehrana yola düşdü – VİDEO / GÖRÜNTÜ

“Traxtur” tərəfdarları Tehrana yola düşdü – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Avqustun 10-da Tehranın Azadi stadionunda bu şəhərin “İqtiqlal” komandası ilə Təbrizin “Traxtur” takımı üz-üzə gələcək.

 

Yerli vaxtla saat 20:30-da başlayacaq oyun “Traxtur” üçün olduqca prinsipial qarşılaşma hesab olunur. Bu cəhətdən Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan “Traxtur” tərəfdarları doğma komandanı dəstəkləmək üçün paytaxt Tehrana yola düşüblər.

 

Bir çox “Traxtur” tərəfdarı ötən həftələrdə Rusiyada keçirilən Dünya Çempionatında İran millisində oynayan türkmən oyunçu Sərdar Azmunun görüntüləri ilə yola çıxıb. Türkmən oyunçu yarışlar zamanı sosial şəbəkələrdə fars irqçiləri tərəfindən təhqir edilmişdir, “Traxtur” tərəfdarları məhz bu səbəbdən ona dəstək nümayiş etdirir.

 

Sərdar Azmunun şəkilinin üstünə ““Traxtur”un türk sərdarı” sözü yazılıb.

 

Yayılan videolardan birində “Traxtur”un ərdəbilli tərəfdarı bütün türkləri Azərbaycan komandasına dəstək verməyə çağırır.

 

https://www.youtube.com/watch?time_continue=9&v=iaLy0rzmGFs

 

 

Cümə günü Azadi stadionunda keçiriləcək görüşdə çox sayda soydaşımızın tamaşaçı qismində oyunda iştirak edəcəyi gözlənilir.

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN