“Traxtur” tərəfdarları Tehranın Təxti stadionunda milli şüarlar səsləndirib – VİDEO

“Traxtur” tərəfdarları Tehranın Təxti stadionunda milli şüarlar səsləndirib – VİDEO

GünAz TV: Yanvarın 11-də Tehranın Təxti stadionunda bu şəhərin “Neft” və Təbrizin “Traxtur” futbol komandaları arasında görüş keçirilib. “Traxtur” tərəfdarları oyun zamanı milli şüarlar səsləndirib.

 

İran üzrə futbol klublarının super liqa yarışları 19-cu həftəsində keçirilən görüş 2:0 hesabı ilə paytaxt komandasının xeyirinə yekunlaşıb.

 

Oyun zamanı “Traxtur” tərəfdarları türk dilində təhsil hüququ, ölkə konstitusiyasının 15-ci maddəsinin icra olunması və digər milli və demokratik hüquqların təmin edilməsi ilə bağlı şüarlar səsləndiriblər.

 

Oyunun 15-ci dəqiqəsində hamı birlikdə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirib.

 

Azərbaycan komandasının tərəfdarları klubun icraçı direktoru Mustafa Acorlu və baş məşqçi Yəhya Gülməhəmmədinin klubdan uzaqlaşdırılmasını da tələb ediblər. Onlar “Traxtur”un baş məşqçi vəzifəsində Türkiyə vətəndaşı Mustafa Dənizlini görmək istədiklərini bildiriblər.

 

Bu il “Traxtur” FİFA-nın oyunçu transferi qadağası ilə üzləşdiyinə görə, super liqa yarışlarında zəif çıxış edir. Mövsümün ikinci yarısında isə “Traxtur”a yalnız əsgər oyunçular cəlb olundu, lakin bu transferlər yarışların nəticəsinə ciddi təsir etmədi. Bu səbəbdən baş məşqçi Y.Gülməhəmmədi klub məsulları və komanda tərəfdarlarının kəskin tənqidi ilə üzləşib.

 

Hazırda “Traxtur” 21 xalla (imtiyaz) turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=2&v=7qzAR9W7Plw

 

https://www.youtube.com/watch?time_continue=5&v=6IbR3F2XSeQ

 

https://www.youtube.com/watch?v=RIvFSZXszEY

 

https://www.youtube.com/watch?v=GOkb9B06JAM

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN