“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – GÖRÜNTÜ

“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – GÖRÜNTÜ

GünAz TV: Xəbər verdiyimiz kimi, avqustun 30-da Güney Azərbaycanın “Traxtur” futbol komandası Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionunda qəbul edib.

 

19-cü super liqa yarışlarının 2-ci həftəsində keçirilən görüş 1:0 hesabı ilə ev sahibinin xeyirnə yekunlaşıb və “Perspolis” məğlub şəkildə Tehrana yola salınıb.

 

Görüşü izləyən 80 mindən çox “Traxtur” tərəfdarı dəfələrlə milli şüarlar səsləndiriblər.

 

“Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın “Traxtur”” və s. kimi şüarlarla çıxış edən soydaşlarımız Qardaş Türkiyənin Zəfər bayramını da təbrik ediblər. “Traxtur” tərəfdarları Türkiyənin bayrağını dalğalandıraraq 30 avqust – Zəfər bayramı münasibəti ilə şənlik ediblər.

1922-ci ilə təsadüf edən Zəfər bayramı Türkiyə tarixində birinci dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.

 

 

 

“Traxtur”-“Persplis” görüşündə bir qrup Qaşqay türkü də tamaşaçı qismində iştirak edib. Onlar yüzlər kilometr məsafə qət edərək Təbrizə gəlib və Azərbaycan türkləri ilə birlik nümayiş etdirməyə çalışıblar.

 

 

Səhənd stadionunda Bəluç gənclərinin görünməsi də xüsusi diqqət çəkib. Bəluçistandan Azərbaycana gələn gənclər “Traxtur” komandasına dəstək verib, “Traxtur eşqinə Çabahardan Təbriz gəldik” yazılmış parça nümayiş etdiriblər.

 

 

“Traxtur” komandası və Azərbaycan Milli Hərəkatı İranda fars şovinizminin zülmü altında yaşayan millətlər üçün xüsusi ümid verir. Bundan əvvəl Əhvaz ərəbləri də “Traxtur” və Azərbaycan türkləri ilə birlikdə olduqlarını dəfələrlə dilə gətirib, bunu müxtəlif formalarda nümayiş etdiriblər.

 

“Traxtur”un Qoşaçaydan olan tərəfdarları isə oyunun sonunda təqidrəlayiq bir tədbirə əl atıblar. Onlar komanda tərəfdarları arasında kisələr paylayıb, oyundan sonra stadionda atılan zibil və butulkaları toplayıblar.

 

 

Bu arada “Traxtur”un yeni hücumçusu Kevin Fortune komandasının tərəfdarlarından çox təsirləndiyini bildirib.

“Bu gün ən yaxşı futbol izləyicilərini gördüm. Mən Fransada belə komanda tərəfdarlarına rast gəlməmişdim.”- deyə futbolçu qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN