“Traxtur”un baş məşçisi: “İstiqlal”la görüşdə 80 min azarkeş gözləyirəm

“Traxtur”un baş məşçisi: “İstiqlal”la görüşdə 80 min azarkeş gözləyirəm

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının baş məşqçisi Mustafa Dənizli cümə günü keçiriləcək önəmli qarşılaşmada “Traxtur” tərəfdarlarını aktiv olmağa çağırıb.

 

“Nəsr” xəbər agentliyinin yaydığı məlumata görə, Mustafa Dənizli super liqa yarışları çərçivəsində keçirilən 8 görüşdə yaxşı nəticə əldə olunduğunu bildirərək komandasının düzgün istiqamətdə hərəkət etdiyini diqqətə çatdırıb.

 

“Biz bu həftə hər zamankı rəqibimizlə qarşılaşacayıq. Lakin bu yarışda təkcə 90 dəqiqə vaxtdan söhbət getmir. Mən bütün komanda tərəfdarlarından istəyirəm ki, oyun boyu yüksək səviyyədə dəstək versinlər. Kimsənin şübhəsi olmasın ki, biz yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. “Traxtur” təşviq olunmalıdır, lakin heç bir komandaya da hörmətsizlik edilməməlidir.”- deyə o bildirib.

 

“Traxtur” azarkeşlərinin fəal olmasını alqışlayan Mustaf Dənizli əlavə edib ki, “Traxtur” və “İstiqlal” super liqanın iki güclü komandasıdır. Mən bu görüşdə stadionda 80 min azarkeş görmək istəyirəm.

 

Qeyd edək ki, Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə görüş hər zaman “Traxtur” tərəfdarları üçün önəmli olub. Bu, komandaların təkcə güclü rəqib olduğu ilə bağlı deyil, tərəfdarlarının “Traxtur” və Azərbaycan türk millətinə qarşı səsləndirdikləri aşağılayıcı şüarlar “Traxtur” tərəfdarlarını daha çox aktiv olmağa vadar edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN