“Traxtur”un baş məşqçisi rəsmən təsdiqləndi

“Traxtur”un baş məşqçisi rəsmən təsdiqləndi

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasını müvəqqəti olaraq çalışdıran Sakit İlhami baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.

 

Bu barədə “Traxtur” klubu qərar qəbul edib.

 

Klub tərəfindən bildirilmişdir ki, ötən həftələrdə baş məşqçi Mustafa Dənizli komandadan kənarlaşdırıldıqdan sonra Sakit İlhami yeni baş məşqçi təyin olunanadək komandanı çalışdıracaq. Artıq onun rəhbərliyi altında “Traxtur”un keçirdiyi görüşlərin sayı 4-ə çatıb. Bütün görüşlərdə qələbə əldə olunduğu üçün “Traxtur” klubu Sakit İlhaminin komandada qalması haqda qərar qəbul edib.

 

Klubun sahibi Məhəmmədrza Zenuzi elan edib ki, Sakit İlhami mövsümün sonunadək baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, “Traxtur” hazırda 30 xalla super liqa yarışlarında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN