“Traxtur”un növbəti rəqibi: “Fulad”

“Traxtur”un növbəti rəqibi: “Fulad”

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində daha bir önəmli görüşə hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 30-cu həftəsində “Traxtur” komandası Xuzistanın “Fulad” klubunun qonağı olacaq.

 

Görüş mayın 16-ı Təbriz vaxtı ilə saat 21:30-da Əhvazın Təxti stadionunda başlayacaq.

 

“Traxtur”-“Fulad” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, bu həftə İranda 18-ci super liqa yarışlarının sonuncu görüşləri keçirilir. Bu cəhətdən “Traxtur”-“Fulad” görüşünün nəticəsi xüsusi əhəmiyyət kəsb edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN