“Traxtur” və “Zob ahən” oyunu bərabər hesabla başa çatıb

“Traxtur” və “Zob ahən” oyunu bərabər hesabla başa çatıb

GünAz TV: Dünən axşam İsfahanda bu şəhərin “Zob ahən” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən görüş bərabər hesabla sona çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçirilən oyunda heç bir komanda tərəfindən qol vurulmayıb, oyun 0:0 hesabı ilə başa çatıb.

 

“Traxtur”-“Zob ahən” oyunu bazar günü Təbriz vaxtı ilə  saat 19:45-də Fuladşəhr stadionunda baş tutub.

 

İsfahanda keçirilən görüşdə min nəfərdən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN